Keytrinq – Legend Events
info@legendevents.az
info@legendevents.az
+994 77 271 17 67
legend events logo

Keytrinq (iaşə) xidmətlərinin təşkili

Tədbirlərdə iştirak edən qonaqların rahatlığı və məmnunluğu üçün isti və soyuq menyular, eləcə də içkilər və şirniyyatlar gigiyenik şəraitdə, zövqlə hazırlanaraq təqdim olunur.

Komandamız müxtəlif tədbir formatlarına — korporativ görüşlər, təqdimatlar, konsertlər, açıq hava tədbirləri və xüsusi mərasimlərə uyğun iaşə həlləri təklif edir. Hər bir menyu tədbirin mövzusuna, iştirakçı sayına və zaman planına əsasən fərdi şəkildə formalaşdırılır.

Təqdimat zamanı həm vizual estetikaya, həm də servis mədəniyyətinə xüsusi diqqət yetirilir. Məqsədimiz qonaqlara rahat, dadlı və yadda qalan qida təcrübəsi yaşatmaqdır.

İstəyə uyğun olaraq, buffet, coffee break, full catering və xüsusi diet menyular da peşəkar komanda tərəfindən təşkil olunur