sinxron tərcümə – Legend Events
info@legendevents.az
info@legendevents.az
+994 77 271 17 67
legend events logo

Sinxron tərcümə xidmətləri

Çoxdilli tədbirlərdə iştirakçıların rahatlığı və qarşılıqlı anlaşmanın təmin edilməsi üçün peşəkar sinxron tərcümə avadanlıqlarıtəcrübəli tərcüməçilər təqdim olunur.

İstifadə etdiyimiz sistemlər studiya keyfiyyətli səs ötürməsi, kabinasız və ya kabinalı tərcümə modelləri, həmçinin simsiz qulaqcıqlar vasitəsilə tərcümənin birbaşa dinlənməsi imkanlarını yaradır.

Komandamız tədbirin formatına uyğun olaraq ingilis, rus, türk, fransız və digər dillərdə tərcümə xidməti təşkil edir. Tərcüməçilər peşəkar leksika, nitq mədəniyyəti və texniki terminologiyaya tam hakim olduqları üçün tədbirin bütün gedişi boyunca dəqiq və fasiləsiz dil dəstəyi təmin edilir.

Məqsədimiz — beynəlxalq səviyyəli tədbirlərdə ünsiyyətin maneəsiz və keyfiyyətli şəkildə aparılmasını təmin etməkdir.