Səs sistemləri – Legend Events
info@legendevents.az
info@legendevents.az
+994 77 271 17 67

Səs sistemləri

Tədbirlərinizin uğurlu keçməsi üçün yüksək keyfiyyətli səs avadanlıqları təqdim edirik. Xidmətlərimiz çərçivəsində dünya miqyasında tanınmış markaların avadanlıqlarını təmin edirik.

Bizim səs kalonkalarımız RCF, Meyer Sound Melody, Electro-Voice, Line Array sistemləri (RCF, Meyer Sound Melody), RCF və JBL subwoofer-ləri ilə təchiz olunmuşdur. Bu avadanlıqlar güclü və aydın səs təmin etməklə tədbirinizin hər bir iştirakçısı üçün unikal təcrübə yaradır.

 

Mikşerlər

Səs idarəetmə pultlarımız arasında Midas M32, Midas Siena 400 və Yamaha M7CL-48 kimi qabaqcıl modellər yer alır. Bu pultlar vasitəsilə tədbirlərinizin səs idarəetməsi tamamilə peşəkar səviyyədə təmin olunur.

Konfranslar və digər tədbirlər üçün təqdim etdiyimiz mikrofonlar yüksək keyfiyyəti və dəqiqliyi ilə fərqlənir. Canlı çıxışlar və səhnə performansları üçün isə in-ear monitorinq sistemləri mövcuddur ki, bu da performansınızın mükəmməl olmasını təmin edir.

Bizimlə çalışaraq tədbiriniz üçün ən müasir və peşəkar səs həllərinə sahib ola bilərsiniz.

Mikrafonlar

Tədbir, konfrans və səhnə çıxışları üçün ən yüksək keyfiyyətli mikrofon həllərini təqdim edirik. Portfelimizdə dünya miqyasında etibarlılığı ilə tanınan Shure markasına məxsus, müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş mikrofonlar mövcuddur.

Bizdə konfrans tipli mikrofonlar, yaxa (lavaliere) mikrofonları, headset mikrofonlar, instrumental mikrofonlar, simsiz və simli modellər daxil olmaqla, demək olar ki, ağıla gələn bütün mikrofon növləri mövcuddur. Hər bir avadanlıq peşəkar səviyyədə seçilmiş, real tədbir şəraitində sınaqdan keçirilmiş və stabil səs keyfiyyətini təmin edir.

Konfrans zalları, rəsmi iclaslar, seminarlar, canlı ifalar, təqdimatlar, televiziya çəkilişləri və səhnə tədbirləri üçün şəraitə uyğun düzgün mikrofon seçimi və texniki dəstək təqdim edirik. Məqsədimiz – səsin aydın, təmiz və itkisiz çatdırılmasıdır.